Rusiya müharibənin 1740-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 302 663 PUA-sı, 672 zenit-raket kompleksi, 31 832 tank və digər zirehli texnikası, 1 799 reaktiv yaylım atəş sistemi, 37 007 artilleriya və minaatanı, 78 270 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
















