• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb

DÜNYA

29 Noyabr 2026 | 18:05 | Müəllif: Əli Hüseynov

Türkiyə səfiri Gürcüstan XİN-ə çağırılıb

Türkiyə tərəfinin Ankarada Gürcüstanın səfiri ilə apardığı danışıqlardan sonra Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Ali Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Türkiyə tərəfinin öz azarkeşlərinin hərəkətlərinə lazımi qiymət verəcəyinə və gələcəkdə belə halların təkrarlanmasına yol verməyəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Gürcüstanın Batumi şəhərində “Beşiktaş” və İsrailin “Hapoel Beer-Sheva” komandaları arasındakı oyun zamanı Türkiyə futbol klubunun azarkeşləri ilə polis arasında baş verən qarşıdurma zamanı 3 polis əməkdaşı xəsarət alıb, 16 nəfər saxlanılıb. Saxlanılanların hamısı daha sonra sərbəst buraxılıb.

Xatırladaq ki, ötən gün “Beşiktaş” və “Hapoel Beer-Sheva” arasında keçirilən qarşılaşma tribunada baş verən insidentlər səbəbindən təxminən 30 dəqiqə dayandırılıb. Oyun sonradan bərpa olunub və Türkiyə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026