• Bakı 19° C

    2.55 m/s

İsrail ordusu HƏMAS-ın üç anbarını məhv etdi

DÜNYA

20 Oktyabr 2026 | 12:02 | Müəllif: Zeynəb Rzayeva

İsrail ordusu HƏMAS-ın üç anbarını məhv etdi

İsrail hərbçiləri Qəzza sektorunda radikal HƏMAS hərəkatına məxsus üç silahaqədər anbara yeni zərbələr endirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hədəfə alınan anbarlarda radikalların raketlər, buraxılış qurğuları, tank əleyhinə qumbaraatanlar, "Kalaşnikov" avtomatları və digər hərbi ləvazimatlar saxladıqları bildirilib.

İsrail qüvvələri terror təşkilatlarının hərbi potensialını zəiflətmək və onların yenidən silahlanmasının qarşısını almaq üçün əməliyyatların davam etdiriləcəyini bəyan ediblər.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR