• Bakı 19° C

    3.87 m/s

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

CƏMİYYƏT

20 Oktyabr 2026 | 11:25 | Müəllif: Əli Hüseynov

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

    Oktyabr ayının 18-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 485 qram olan narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Oktyabr 2026