• Bakı 20° C

    5.85 m/s

İsrailə gizli səfər etdi

DÜNYA

20 Oktyabr 2026 | 09:26 | Müəllif: Zeynəb Rzayeva

İsrailə gizli səfər etdi

Pentaqon rəhbəri Pit Heqset İsrailə gizli səfər edərək bu ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb. 

Bildirilir ki, görüş oktyabrın 19-da baş tutub. Bununla belə, digər detallar açıqlanmayıb.

Nəşrin məlumatına görə, Heqsetin səfəri barədə xəbər ABŞ Prezidenti Donald Trampın İsrail xalqına müraciət edərək oktyabrın 27-də bu ölkədə keçiriləcək parlament seçkilərində Netanyahunun namizədliyini dəstəkləməsindən bir gün sonra yayılıb.

Bundan əlavə, görüş İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası ehtimalı ilə bağlı ABŞ-İsrail danışıqları fonunda baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026