• Bakı 17° C

    0.53 m/s

ABŞ 300 mindən çox vizanı ləğv edib

DÜNYA

20 Oktyabr 2026 | 18:25 | Müəllif: Subhan Mahmudov

ABŞ 300 mindən çox vizanı ləğv edib

ABŞ Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The New York Post" nəşrinə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Mənbə qeyd edib ki, vizalar "cinayət fəaliyyəti, ictimai təhlükəsizlik üçün risk yaradan hallar və ya dələduzluq və yalan məlumatların təqdim edilməsi kimi immiqrasiya qanunvericiliyinin pozulmasına görə cəza tədbiri olaraq" ləğv edilib.

Nümayəndə vurğulayıb ki, "doğuş turizmi" ilə məşğul olan və ya ona yardım edən xarici vətəndaşların azı 4000 vizası geri alınıb.

Dövlət Departamentinin nümayəndəsi Tommi Piqottun sözlərinə görə, Tramp administrasiyası dövründə rekord sayda - 300 mindən çox viza ləğv edilib.

Ötən ay qurum 2025-ci ilin yanvarından bəri 250 minə qədər sürücülük vəsiqəsinin ləğv edildiyini təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR