• Bakı 18° C

    7.52 m/s

Azərbaycan və BƏƏ pilotları birgə təlimdə döyüş tapşırıqlarını icra etdilər - VİDEO

SİYASƏT

19 Oktyabr 2026 | 17:27 | Müəllif: Əli Hüseynov

Azərbaycan və BƏƏ pilotları birgə təlimdə döyüş tapşırıqlarını icra etdilər - VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirakçı ölkələrin hərbi qulluqçuları növbəti mərhələnin tapşırıqlarını uğurla icra ediblər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum və müdafiə xarakterli hava əməliyyatları zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin pilotları şərti hədəflərin aşkarlanması, dəqiq nişana alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər. Hərbi qulluqçular mürəkkəb taktiki manevrləri yerinə yetirərək döyüş imkanlarını nümayiş etdiriblər.

Təlim müddətində həyata keçirilən əməliyyatlar pilotların taktiki hazırlıq səviyyəsinin və mürəkkəb şəraitdə operativ qərarvermə bacarıqlarının artırılmasına, həmçinin hər iki ölkənin hərbi aviasiya heyətləri arasında təcrübə mübadiləsinin və qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsinə yönəldilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR