• Bakı 18° C

    2.02 m/s

PSJ rekordunu təkrarladı

İDMAN

21 Oktyabr 2026 | 10:23 | Müəllif: Əli Hüseynov

PSJ rekordunu təkrarladı

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda İspaniyanın "Barselona" komandasına 4:2 hesabı ilə qalib gələrək turnirdə əsas vaxtda məğlubiyyətsiz oyunlar üzrə rekordunu təkrarlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Paris təmsilçisinin Çempionlar Liqasında əsas vaxtda məğlubiyyətsiz oyunlar seriyası 13 matça çatıb.

Fransa klubu analoji göstəriciyə daha əvvəl 2012/2013 mövsümündə nail olub.

Bu, "Barselona"nın cari mövsümdə ilk məğlubiyyəti olub.

Qeyd edək ki, PSJ Çempionlar Liqasında növbəti oyununu noyabrın 3-də İspaniyanın "Vilyarreal" komandasına qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026