• Bakı 21° C

    2.45 m/s

Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatdı - VİDEO

SİYASƏT

21 Oktyabr 2026 | 10:48 | Müəllif: Əli Hüseynov

Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatdı - VİDEO

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə Azərbaycanda keçirilən "Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təlimi başa çatıb.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı hər iki ölkənin hərbi qulluqçuları yüksək döyüş hazırlığı nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər.

Qeyd edək ki, təlim çərçivəsində iştirakçıların göstərdikləri peşəkarlıq döyüş effektivliyinin və qarşılıqlı uzlaşmanın artırılmasında mühüm rol oynayıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026