• Bakı 21° C

    2.45 m/s

Ukrayna Milli Bankının rəhbərinin evində axtarış aparılır

DÜNYA

21 Oktyabr 2026 | 11:02 | Müəllif: Əli Hüseynov

Ukrayna Milli Bankının rəhbərinin evində axtarış aparılır

Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu (SAP) Milli Bankın rəhbəri Andriy Pişninin evində axtarış aparırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” öz mənbələrinə istinadən məlumat yayıb.

    Nəşr axtarışların səbəbləri və istintaq çərçivəsində hansı əməllərin araşdırıldığı barədə əlavə məlumat verməyib.

    Qeyd edək ki, Andriy Pişninin adı son aylarda “Sense Bank” ətrafında aparılan araşdırmalarla bağlı hallanıb. O, bankın Müşahidə Şurasının üzvlərinin fəaliyyəti ilə bağlı məsələlərə dair Ukrayna Ali Radasının müvəqqəti istintaq komissiyasına açıqlamalar verib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Oktyabr 2026