Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirliyin digər rəsmiləri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, eləcə də yazıçılar, şairlər və digər qonaqlar iştirak ediblər.
Kitab sərgisi kitabsevərləri, yazıçıları, şairləri, nəşriyyatları və ədəbiyyat nümayəndələrini bir araya gətirir.
Sərgi çərçivəsində ziyarətçilər müxtəlif janrlarda nəşrlərlə tanış olmaq, yeni kitabları kəşf etmək və nəşriyyatların təqdim etdiyi ədəbiyyat nümunələrinə baxmaq imkanı əldə edirlər.
Qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 27-dək davam edəcək. Sərgi hər gün saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq. Giriş ödənişsizdir.
Zeynəb Rzayeva
















