Nigeriya hökuməti paytaxt Abujada Ebola virusuna yoluxma halının təsdiqləndiyini açıqlayıb.
Bakıvaxtı.az Reuters agentliyinə istinadən xəbər verir ki, virusa yoluxmuş qadının Uqandadan gəldiyi bildirilib.
O, təcrid olunub və tibbi yardım alır. Qadınla təmasda olan 44 nəfər artıq müəyyən edilib.
Uqanda Səhiyyə Nazirliyi qadının Konqo Demokratik Respublikasına işgüzar səfər etdiyini və oktyabrın əvvəlində Uqandadan Nigeriyaya simptomsuz şəkildə səyahət etdiyini bildirib.
Gülşən Şərif
















