Çinin “CATL” şirkəti ağır yük maşınları üçün batareyanın təxminən beş dəqiqəyə dəyişdirilməsinə imkan verən yeni sistemi təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, “Qiji” adlanan texnologiya elektrik yük maşınlarının enerji doldurmaq üçün uzun müddət dayanması problemini aradan qaldırmağa yönəlib.
Şirkət eyni zamanda yük maşınları üçün yeni nəsil batareyalar hazırlayıb. Onlardan biri 760 kilovat-saat tutuma malikdir və istehsalçının məlumatına görə, bir enerji doldurulması ilə 600 kilometrdən çox məsafə qət edə bilir.
“CATL” 2026-cı ilin sonunadək Çində 900 batareya dəyişdirmə məntəqəsi yaratmağı, 2027-ci ildə isə onların sayını 2 minə çatdırmağı planlaşdırır. Uzunmüddətli hədəf ölkə üzrə 10 min belə məntəqənin qurulmasıdır.
















