• Bakı 18° C

    2.02 m/s

Xalq artisti Zaur Rzayevin vəziyyəti AÇIQLANDI

MƏDƏNİYYƏT

21 Oktyabr 2026 | 10:30 | Müəllif: Günəş Mərd

Xalq artisti Zaur Rzayevin vəziyyəti AÇIQLANDI

Xəstəxanaya yerləşdirilən Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, Xalq artisti Zaur Rzayevin səhhəti oktabrın 14-də yenidən pisləşib. Müğənni xəstəxanaya aparılıb. 

Məlumat üçün bildirək  ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.  

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026