• Bakı 16° C

    2.76 m/s

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

ŞOU

24 Oktyabr 2026 | 16:12 | Müəllif: Subhan Mahmudov

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Türkiyənin məşhur iş adamlarından olan Hacı Sabancının həyat yoldaşı, dəbli geyimləri ilə ən çox danışılan simalardan biri olan Nazlı Sabancı izləyicilərini təəccübləndirəcək qərar qəbul edib.

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, eksklüziv və dizayner əsərləri, milyonlarla dəyəri olan qarderobunu satışa çıxarmaq qərarına gəlib.

Dəbdəbəli əşyaları ikinci əl bazarına çıxarmaqla sosial təsir yaratmağı hədəfləyən tanınmış bir platforma vasitəsilə həyata keçirilən bu satış böyük diqqət çəkib. Dəb həvəskarları məşhurun ​​şəxsi qarderobundan əldə edilmiş əşyalara böyük maraq göstəriblər.

Yayılan məlumata əsasən, satışdan əldə olunan külli miqdarda vəsaitin hamısı sosial layihələr vasitəsilə təhsil alan tələbələrə dəstək məqsədilə fond kimi ayrılacaq. Sabancının bu nümunəvi addımı həm onun izləyiciləri, həm də yüksək cəmiyyət nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026