• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur cütlük ayrıldı? 

ŞOU

23 Noyabr 2026 | 11:15 | Müəllif: Əli Hüseynov

Məşhur cütlük ayrıldı?

Türkiyənin məşhur aktyorları Eylül Tumbar və Enes Koçakın ayrıldığı iddia olunur. Cütlüyün sosial şəbəkədə atdığı addım sevənlərini təəccübləndirib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir sevgili olan aktyorların münasibətində böhran yaşandığı bildirilir.

İddialara səbəb Eylül Tumbar və Enes Koçakın “Instagram”da bir-birini izləmədən çıxarması olub.

Serial çəkilişlərində başlayan tanışlıqları sonradan sevgiyə çevrilən cütlüyün bu addımı münasibətlərinin sona çatması barədə söz-söhbətlərə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri məşhur aktyorların ayrılıb-ayrılmadığını müzakirə etməyə başlayıblar.

Lakin Eylül Tumbar və Enes Koçak hələlik ayrılıq iddialarına münasibət bildirməyiblər.

Cütlüyün münasibətlərinin həqiqətən bitib-bitmədiyi isə hələlik məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026