Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsinin dərc olunması ilə əlaqədar müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, noyabrın 23-də Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsi xüsusi olaraq bu məqsədlə yaradılmış rəsmi saytda yayımlanıb.
Qeyd edək ki, veb-saytda ayrıca bölmə yaradılıb və burada yeni Konstitusiya layihəsində nəzərdə tutulan müddəalar təqdim olunub.
Murad İsmayıl
















