ABŞ-də hava nəqliyyatında genişmiqyaslı fasilələr qeydə alınıb.
Bakıvaxtı.az "FlightAware" portalına istinadən xəbər verir ki, bir gündə 7,2 mindən çox uçuş ləğv edilib və ya gecikib.
Məlumata görə, ABŞ-də gecikmiş uçuşların ümumi sayı 6,8 mini keçib, 400 uçuş tamamilə ləğv edilib.
Cədvəldəki kütləvi dəyişikliklərin əsas səbəblərindən biri "Delta Air Lines" aviaşirkətinin sistemlərində baş verən genişmiqyaslı texniki nasazlıq olub. Belə ki, təyyarələrin çəkisini və ağırlıq mərkəzini (çəki və tarazlığı) hesablamaq üçün hazırlanmış proqram təminatında problemlər yaranıb.
Texniki nasazlıq səbəbindən yüzlərlə aviaşirkətin uçuşu vaxtında hava limanlarından yola düşə bilməyib.
Gülşən Şərif
















