Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə etirazlar zamanı nümayişçilər bələdiyyə binasını yandırıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNA məlumat yayıb.
Məlumata görə, binanın əsas girişində başlayan yanğın qısa müddətdə içəriyə və birinci mərtəbəyə yayılıb. Hadisə zamanı bələdiyyə binasının yaxınlığında yüzlərlə etirazçı toplaşıb.
Tiranada gərginlik oktyabrın 13-də Təhsil Nazirliyinin qarşısında tələbələrin keçirdiyi etiraz aksiyasından sonra artıb. Nümayişçilərlə polis arasında toqquşmalar 10 gündən artıqdır davam edir. Etirazçılar ölkənin Baş naziri Edi Ramanın istefasını tələb edirlər.
















