• Bakı 16° C

    2.64 m/s

Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə belə xilas edildi - VİDEO

HADİSƏ

24 Oktyabr 2026 | 15:20 | Müəllif: Subhan Mahmudov

Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə belə xilas edildi - VİDEO

Tovuz şəhəri, Xəqani Şirvani küçəsində yerləşən yaşayış binasında körpə mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 7 aylıq körpəni valideynlərinə təhvil veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026