• Bakı 16° C

    2.76 m/s

Ağır qəzada 4-ü uşaq olmaqla 6 nəfər ölüb

DÜNYA

24 Oktyabr 2026 | 18:47 | Müəllif: Günəş Mərd

Ağır qəzada 4-ü uşaq olmaqla 6 nəfər ölüb

Türkiyənin cənub-şərqində yerləşən Mardin əyalətinin Nusaybin rayonunda baş verən yol qəzasında 6 nəfər həyatını itirib. Ölənlərdən dördü uşaqdır.

Bakıvaxtı.az xəbər verir ki, DHA xəbər agentliyinin məlumatına görə, hadisə minik avtomobilinin hələlik məlum olmayan səbəbdən yoldan çıxaraq drenaj kanalına düşməsi nəticəsində baş verib.

Qəza zamanı avtomobildə olan bütün şəxslərin yerli sakinlər və eyni ailənin üzvləri olduğu bildirilir.

Polis qəzanın səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026