Livanlı diyetoloq Batul Tormos gündəlik səhər yeməyini daha qidalı və sağlam etmək üçün tövsiyələrini bölüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Mütəxəssis günün ilk yeməyində paxlalılara, zeytun yağına və təzə tərəvəzlərə üstünlük verməyi məsləhət görüb. Onun sözlərinə görə, Livan səhər yeməyinin prinsipləri daha balanslı qidalanma üçün nümunə ola bilər.
Tormos vurğulayıb ki, məqsəd insanların öz milli mətbəxlərini Livan mətbəxi ilə əvəz etməsi deyil. Əsas məsələ Aralıq dənizi pəhrizinin prinsiplərindən yararlanaraq tərəvəz, paxlalılar, tam taxıllar, qoz-fındıq, toxumlar və zeytun yağının istehlakını artırmaq, emal olunmuş ət, şəkər və yüksək dərəcədə emal edilmiş qidaları isə azaltmaqdır.
















