• Bakı 15° C

    2.25 m/s

Husilər hərbi düşərgəyə və dəniz bazasına hücum edib

DÜNYA

24 Oktyabr 2026 | 20:00 | Müəllif: Günəş Mərd

Husilər hərbi düşərgəyə və dəniz bazasına hücum edib

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının (husilər) qüvvələri Ədən şəhərində hərbi düşərgəyə və dəniz bazasına zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sariya özünün “Telegram” kanalında məlumat yayıb.

Səriyanın sözlərinə görə, husilər Səudiyyə Ərəbistanı qüvvələrinin yerləşdiyi Ədəndəki əl-Nəsr hərbi düşərgəsini və dəniz bazasını hədəfə alıblar.

Hərəkatın nümayəndəsi bildirib ki, sözügedən obyektlərdə qüvvələrin hazırlığına briqada generalı Bədr Salah əl-Hərbinin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı zabitləri nəzarət ediblər.

Hücumun nəticələri və mümkün itkilər barədə məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026