Moldova Ukrayna ilə hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moldova müdafiə naziri Anatoli Nosatıy məlumat verib.
Onun sözlərinə görə, saziş pilotsuz uçuş aparatlarının birgə istehsalı üçün hüquqi çərçivə yaradacaq.
Bundan başqa, Kiyev və Kişinyov texnologiya mübadiləsini də müzakirə edəcək.
















