Rusiyanın Kamçatka diyarı sahillərində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialı məlumat yayıb.
Yeraltı təkan Petropavlovsk-Kamçatski şəhərindən 114 kilometr məsafədə baş verib. Zəlzələnin ocağı 17,7 kilometr dərinlikdə yerləşib.
















