Dünya neft ticarəti getdikcə parçalanır və oxşar markalı neftin qiyməti müxtəlif regionlarda bir-birindən dəfələrlə fərqlənə bilir. Bu səbəbdən birja qiymətləri bazardakı real vəziyyəti əvvəlki kimi dəqiq əks etdirmir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazıb.
Nəşrin məlumatına görə, 1970–1980-ci illərdən etibarən dünya neft bazarında qiymətlər əsasən “Brent”, ABŞ-ın “WTI” və Yaxın Şərqin “Dubai/Oman” markaları əsasında formalaşıb.
Müxtəlif neft növləri arasındakı qiymət fərqləri əsasən onların sıxlığı və kükürd tərkibi ilə bağlı olub.
Lakin Yaxın Şərqdə hərbi əməliyyatlar başlamazdan əvvəl bir barel neftin dəniz yolu ilə daşınmasının orta qiyməti 3 dollardan aşağı olduğu halda, hazırda bazardakı qiymət fərqlərinə nəqliyyat xərcləri və regional amillər də təsir göstərir.
















