• Bakı 14° C

    2.62 m/s

Çində Koreya avtomobillərinə maraq kəskin azalıb

DÜNYA

25 Oktyabr 2026 | 14:30 | Müəllif: Zeynəb Rzayeva

Çində Koreya avtomobillərinə maraq kəskin azalıb

Zəif tələbat fonunda sentyabrda “Hyundai Motor” və “Kia”nın Çindəki ümumi satışları bu il ilk dəfə olaraq 10 mindən aşağı düşüb.

Bakıvaxtı.az "Hana Securities" şirkətinin hesabatına istinadla xəbər verir ki, ötən ay “Hyundai Motor”un satışları illik müqayisədə 47 azalaraq təxminən 4 min ədədə, “Kia”nın satışları isə 31 faiz azalaraq 5 min ədədə düşüb.

Onların ümumi satışları 39 faiz azalaraq təxminən 9 min ədəd təşkil edib. Bazar payı isə 2010-cu illərin ortalarındakı 10 faizlik göstəricidən cəmi 0,6 faizə enib.

Cənubi Koreya avtomobil istehsalçıları Çin bazarı üçün xüsusi hazırlanmış elektrikli avtomobilləri (EV) təqdim etmələrinə baxmayaraq, satışları canlandırmaqda çətinlik çəkirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026