• Bakı 14° C

    2.96 m/s

Naxçıvanda iki avtomobil toqquşdu: 6 yaralı var 

HADİSƏ

25 Oktyabr 2026 | 11:30 | Müəllif: Zeynəb Rzayeva

Naxçıvanda iki avtomobil toqquşdu: 6 yaralı var

Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Vayxır kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 6 nəfər - 1986-cı il təvəllüdlü Gülay Abbasova, 2017-ci il təvəllüdlü İsa Nağıyev, 2004-cü il təvəllüdlü Sevinc Hacıyeva, 1985-ci il təvəllüdlü Gülnar Hacıyeva, 1982-ci il təvəllüdlü Namiq Hacıyev və 2003-cü il təvəllüdlü Cəmil Nağıyev xəsarət alıb.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. (Report.az)
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026