• Bakı 14° C

    2.96 m/s

Maksim Qalkinin İstanbul konserti ləğv olundu

CƏMİYYƏT

25 Oktyabr 2026 | 13:19 | Müəllif: Zeynəb Rzayeva

Maksim Qalkinin İstanbul konserti ləğv olundu

Rusiyalı yumorist və şoumen Maksim Qalkinin bu gün İstanbulda keçirilməsi planlaşdırılan konserti ləğv edilib. Qərar sosial şəbəkələrdə kütləvi etirazlardan sonra verilib.

Bakıvaxtı.az Axar-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.

Qeyd edək ki, konsertin İstanbul Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulurdu. Fəallar tədbirin ləğvi ilə bağlı Türkiyənin müvafiq qurumlarına da müraciət etmişdilər.

Xatırladaq ki, Qalkinin İsrail və Qəzza zolağında davam edən müharibə ilə bağlı mövqeyinə görə fəallar onun Türkiyədəki konsertinin ləğvini tələb edirdilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026