• Bakı 14° C

    2.96 m/s

Bolqarıstanda prezident seçkiləri keçirilir

DÜNYA

25 Oktyabr 2026 | 10:04 | Müəllif: Zeynəb Rzayeva

Bolqarıstanda prezident seçkiləri keçirilir

Bolqarıstanda prezident seçkiləri başlayıb, seçki məntəqələri yerli vaxtla səhər saat 07:00-da açılıb və saat 20:00-a qədər açıq qalacaq.

Bakıvaxtı.az xəbər verir ki, ən yüksək dövlət vəzifəsi uğrunda 27 namizəd mübarizə aparır.

Ölkə üzrə açılan 12 mindən çox seçki məntəqəsində 6,6 milyon seçicinin səs vermək hüququ var. Səsvermə prosesi eyni zamanda dünyanın 60 ölkəsində təşkil olunub.

İlk qeyri-rəsmi nəticələr seçki məntəqələri işini yekunlaşdırdıqdan sonra bəlli olacaq. Rəsmi nəticələrin isə oktyabrın 27-də elan edilməsi gözlənilir.

Bolqarıstan prezidenti ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilir və ardıcıl olaraq iki müddətdən artıq bu vəzifəni tuta bilməz. Seçkilərdə dövlət başçısı ilə yanaşı, ölkənin vitse-prezidenti də seçilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026