Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının hərbi nümayəndəsi Yəhya Sarea Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşən Kral Xalid Beynəlxalq Hava Limanını hərbi hədəf adlandıraraq, aviaşirkətlərə bu aeroportdan istifadə etməyin təhlükəli olduğu barədə xəbərdarlıq edib.
Bakıvaxtı.az TASS agentliyinə istinadla xəbər verir ki, Y.Sarea bu barədə özünün "Telegram" kanalında bildirib.
"Silahlı qüvvələr (husiçi birləşmələri) bütün aviaşirkətlərə, onların əməkdaşlarına və sərnişinlərə xəbərdarlıq edir ki, Ər-Riyaddakı Kral Xalid Hava Limanından istifadə etməsinlər. Həmin obyekt qoşunlarımızın hərbi hədəfi olduğuna görə təhlükəsiz deyil", – deyə o yazıb.
Husilərin hərbi nümayəndəsi vurğulayıb ki, aeroport növbəti hücumların hədəfi olacağı üçün heç vaxt "təhlükəsiz yer" sayılmayacaq. Y.Sarea hava limanının istismarının davam etdirilməsinə görə bütün məsuliyyətin Səudiyyə Ərəbistanının üzərinə düşdüyünü bəyan edib.
Husilərdən Ər-Riyad aeroportu ilə bağlı XƏBƏRDARLIQ
DÜNYA
25 Oktyabr 2026 | 09:07 | Müəllif: Zeynəb Rzayeva

SON XƏBƏRLƏR
24 Oktyabr 2026
18:10
16:55















