• Bakı 14° C

    2.96 m/s

Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır - Rubio 

DÜNYA

25 Oktyabr 2026 | 11:06 | Müəllif: Zeynəb Rzayeva

Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır - Rubio

ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaların bir hissəsini yumşaldaraq dizel yanacağının ixracını bərpa etməsinə imkan yaratmaq qərarı müdrik addım olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib.

Rubionun sözlərinə görə, Tramp Ukrayna ilə Rusiya arasında vasitəçi rolunu oynamağa çalışır. Bununla yanaşı, o, dünya bazarına enerji daşıyıcılarının tədarükünü artırmaq və qiymətləri aşağı salmaq istəyir:

“Bu müharibənin dünya iqtisadiyyatına təsirini anlayırıq. Buna görə də prezidentin qısa müddət ərzində dünya bazarına əlavə enerji daşıyıcılarının tədarükünə icazə vermək qərarını çox müdrik hesab edirəm. Bu, təkcə bizə fayda gətirmir — əlbəttə, ABŞ-a da kömək edir. Eyni zamanda, dünyanın hər yerində dizel yanacağının qiymətlərinin yüksək olduğunu nəzərə alsaq, bu qərar mühüm əhəmiyyət daşıyır”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026