• Bakı 14° C

    2.96 m/s

Tovuzda avtomobil piyadanı vuraraq öldürdü

HADİSƏ

25 Oktyabr 2026 | 09:31 | Müəllif: Zeynəb Rzayeva

Tovuzda avtomobil piyadanı vuraraq öldürdü

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən Tovuz rayon sakini, 46 yaşlı A. Əsgərovu vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026