• Bakı 14° C

    1.72 m/s

Aleksandar Vuçiçin anası hücuma məruz qaldı

DÜNYA

25 Oktyabr 2026 | 17:50 | Müəllif: Zeynəb Rzayeva

Aleksandar Vuçiçin anası hücuma məruz qaldı

Serbiya Tərəqqi Partiyası (STP) ölkənin keçmiş prezidenti Aleksandar Vuçiçin anasının Belqradda hücuma məruz qaldığını bildirib.

Bakıvaxtı.az bu barədə "Informer" nəşrinə istinadən xəbər verir.

"Vuçiçin 90 yaşlı anası blokadanı təşkil edənlərin hücumuna məruz qalıb. Onu təhqir edib, özü ilə apardığı ərzaq çantasını əlindən alıblar", - deyə nəşrin məlumatında bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib. Baş verənlərin bütün təfərrüatının müəyyənləşdirilməsi ilə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir. Hüquq-mühafizə orqanları hələlik hadisə ilə bağlı şərh verməyib.

Qeyd edək ki, oktyabrın 25-də Serbiyada növbədənkənar parlament seçkisi keçirilir. Aleksandr Vuçiç artıq Belqraddakı seçki məntəqəsində səs verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026