• Bakı 13° C

    1.99 m/s

Ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb

CƏMİYYƏT

25 Oktyabr 2026 | 16:23 | Müəllif: Zeynəb Rzayeva

Ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Real TV” görüntülər yayımlayıb.

Xatırladaq ki, kriminal aləmdə “Ceyhun Sabunçu” kimi tanınan şəxsin qətlə yetirildiyi həmin görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhmədin təşkil etdiyi bildirilir. Məlumata görə, onun əsas məqsədi aralarında münaqişə olan tərəfləri barışdırmaq olub.

Məlumat üçün bildirək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan 2 nəfər müəyyən edilərək saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026