• Bakı 14° C

    1.72 m/s

Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib

DÜNYA

25 Oktyabr 2026 | 17:36 | Müəllif: Zeynəb Rzayeva

Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib

Səudiyyə Ərəbistanının cənub bölgələrinə husilər tərəfindən atılan 10 ballistik raket havada məhv edilib.

Bakıvaxtı.az Qətərin QNA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Yəməndə fəaliyyət göstərən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi, general-mayor Turki əl-Maliki məlumat verib.

    Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri raketlərin qarşısını alaraq onları zərərsizləşdirib.

    Bildirilib ki, bundan əvvəl, oktyabrın 25-də səhər saatlarında Ər-Riyada istiqamətlənən ballistik raket və Xamis-Muşayt şəhərini hədəf alan qanadlı raket də məhv edilib.

    Hücumlar nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat verilməyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Oktyabr 2026