Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar yaxın vaxtlarda baş tuta bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Amerika lideri Ağ Evdə jurnalistlərin danışıqların keçirilməsi perspektivləri ilə bağlı sualını cavablandırarkən açıqlayıb.
"Onlar kifayət qədər tezliklə keçiriləcək və düşünürəm ki, hər iki tərəf razılaşma əldə etmək istəyir", - Tramp deyib.
















