• Bakı 13° C

    1.45 m/s

Rusiya ilə dizel razılaşması...

DÜNYA

25 Oktyabr 2026 | 21:41 | Müəllif: Əli Hüseynov

Rusiya ilə dizel razılaşması...

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə dizel yanacağının tədarükünə dair əldə olunan razılaşmanı müsbət qiymətləndirib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə Miçiqan ştatına səfərindən əvvəl Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bildirib.

“Onlar nefti bizə deyil, bütün dünyaya verdilər. Bu, çox yaxşı oldu”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp razılaşmanın konkret şərtləri, tədarükün həcmi və müddəti barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, daha əvvəl Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvanın ABŞ-a ixrac üçün nəzərdə tutulan dizel yanacağının bütün həcmini tədarük etməyə hazır olduğunu açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026