• Bakı 13° C

    1.45 m/s

Fransa etirazlarında ŞOK HADİSƏ 

DÜNYA

25 Oktyabr 2026 | 20:57 | Müəllif: Əli Hüseynov

Fransa etirazlarında ŞOK HADİSƏ

Fransada sağçı "Milli Birlik" partiyasının əleyhdarları onun sədri Jordan Bardellanın Orleanda keçirilən partiya konqresindəki çıxışını pozmağa cəhd ediblər.

Bakıvaxtı.az xəbər verir ki, zalda partiya tərəfdarları ilə onun siyasi kursuna qarşı çıxan fəallar arasında dava başladıqdan sonra Bardella çıxışını qısa müddətə kəsmək məcburiyyətində qalıb.

Toqquşmanın başlanğıcı rəsmi yayımın kadrlarına düşməyib. Lakin Bardella bir neçə dəfə iştirakçıları sakitliyi qorumağa və təhlükəsizlik xidmətinin müdaxiləsini gözləməyə çağırıb.

Daha sonra kameralar mühafizəçilərin bir neçə nəfəri zaldan çıxardığını göstərib. Onlardan biri əlində Fransa bayrağı tutub.

"Demokratiyaya nifrət edən ifrat solçulara reklam etmək lazım deyil! Təhlükəsizlik xidmətinin öz işini görməsini gözləyərkən, təklif edirəm "Marselyoza"nı oxuyaq!" - siyasətçi bildirib.

Bundan sonra konqres iştirakçıları Fransanın dövlət himnini ifa ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026