Vaşinqton və Ottava ticarət danışıqlarını aktivləşdirib və yaxın vaxtlarda razılaşma imzalaya bilərr.
Bakıvaxtı.az-ım "Fox News"a istinadən məlumatına görə, bunu Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hasset bildirib.
"Danışıqlar aktivləşib və vüsət alır. ABŞ-nin ticarət naziri Hovard Latnik bütün həftə ərzində kanadalı həmkarları ilə danışıqlar aparıb. Düşünürəm ki, onlar razılaşma əldə etməyə çox yaxındırlar", - o bildirib.
Daha əvvəl oktyabrın 23-də ABŞ Prezidenti Donald Tramp Kanadanın Vaşinqtonla ticarət razılaşması əldə etmək üçün əhəmiyyətli səylər göstərdiyini bildirmişdi.
Öz növbəsində, Kanadanın Baş naziri Mark Karni vurğulayıb ki, Ottava Amerika tərəfinin tətbiq etdiyi idxal rüsumlarının azaldılması xatirinə yeni müqavilə bağlamağa tələsmək niyyətində deyil.
















