• Bakı 13° C

    1.45 m/s

U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib

İDMAN

25 Oktyabr 2026 | 20:20 | Müəllif: Əli Hüseynov

U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib

Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti görüşünü keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Famil Xəlilovun baş məşqçi olduğu komanda Avstraliya ilə üz-üzə gəlib.

Hövsan Yarış Kompleksində keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, millimiz daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorranı isə 1:0 hesabı ilə məğlub edib.

Milli oktyabrın 26-sı saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026