• Bakı 14° C

    2.8 m/s

Səudiyyədə raket hücumu: Ölənlər var

DÜNYA

25 Oktyabr 2026 | 21:58 | Müəllif: Əli Hüseynov

Səudiyyədə raket hücumu: Ölənlər var

Səudiyyə Ərəbistanının cənubunda Yəməndəki “Ənsar Allah” hərəkatı tərəfindən buraxıldığı bildirilən ballistik raketlərin qalıqlarının yaşayış məntəqələrinə düşməsi nəticəsində azı iki nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə krallığın Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin yaydığı açıqlamaya görə, bazar günü Xamis-Muşayt və Əhəd-Rufeydə rayonlarında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan iki ballistik raketin qalıqları yerə düşüb.

Hadisə nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşı və Asiya ölkələrindən birinin vətəndaşı yaralanıb.

Bundan əlavə, üç yaşayış evinə və yeddi avtomobilə maddi ziyan dəyib.

Hadisə ilə bağlı əlavə araşdırmaların aparılıb-aparılmadığı barədə məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026