• Bakı 15° C

    1.83 m/s

Şahzadə uşaqlıqda DJ olmaq istəyibmiş

DÜNYA

26 Oktyabr 2026 | 19:51 | Müəllif: Subhan Mahmudov

Şahzadə uşaqlıqda DJ olmaq istəyibmiş

Şahzadə Uilyam uşaqlıqda DJ və ya polis əməkdaşı olmağı arzuladığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu xatirələrini BBC-də yayımlanan “The Graham Norton Show” verilişində bölüşüb.

Uels şahzadəsi bildirib ki, yeniyetməlik dövründə musiqiyə çox həvəsli olub və hətta özünə “DJ Xara” kimi səhnə adı da düşünüb.

“Bu işdə elə də yaxşı deyildim”, – deyə şahzadə gülərək söyləyib.

O qeyd edib ki, hətta məktəb şənliklərində belə musiqi səsləndirməyin öhdəsindən gələ bilməyib. Musiqidən əlavə, Uilyam uşaqlıqda hüquq-mühafizə orqanlarında işləməyi də düşünüb. O, polis əməkdaşlarını “çox havalı” hesab edirmiş.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR