Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, "Qəbələ" I Liqa təmsilçisi "Mingəçevir"i 3 cavabsız qolla məğlub edib.
II Liqada çıxış edən "Kür-Araz" isə "Sumqayıt"a böyük hesabla uduzub - 0:11.
Qələbə qazanan hər iki komanda adını 1/8 finala yazdırıb.
Xatırladaq ki, II təsnifat mərhələsinin bu gün keçirilən oyunlarında "Araz-Naxçıvan" "Şimal"ı 6:0, "Marafon" isə "Zaqatala"nı 1:0 hesabı ilə məğlub edib.
Ümumilikdə bu raunda oktyabrın 29-da yekun vurulacaq.
















