• Bakı 16° C

    1.48 m/s

Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE

CƏMİYYƏT

27 Oktyabr 2026 | 13:09 | Müəllif: Subhan Mahmudov

Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, İlham Əliyevin sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, S.Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. Bu ilin yanvar ayından hazırkı təyinatına qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR