• Bakı 15° C

    2.38 m/s

Türkiyənin 30 vilayətində əməliyyat - 85 nəfər tutuldu

DÜNYA

27 Oktyabr 2026 | 09:46 | Müəllif: Subhan Mahmudov

Türkiyənin 30 vilayətində əməliyyat - 85 nəfər tutuldu

Türkiyənin 30 vilayətində İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə “Daltonlar” kimi tanınan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı eyni vaxtda əməliyyat keçirilib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 85 şübhəli saxlanılıb.

İstintaq zamanı qruplaşmanın internet platformaları və qapalı mesajlaşma qrupları vasitəsilə pulamuzd cinayətkarlar cəlb etdiyi müəyyənləşdirilib. Əməliyyat Adana, İzmir, Ankara, Van, Bursa və Trabzon da daxil olmaqla 30 vilayətdə keçirilib.

Qruplaşmanın rəhbərinin xaricdə olduğu ehtimal edilən və barəsində “qırmızı bülleten”lə axtarış elan olunan Beratcan Gökdemir olduğu qeyd edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026