Yaponiya hökuməti qərar verəcəyi təqdirdə, ölkənin nüvə silahı əldə etməsi üçün cəmi bir neçə desəcək (onlarla) gün kifayət edə bilər.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Silahlara Nəzarət və Tərksilah Assosiasiyasının baş katibi Day Huayçən bildirib.
Çinli ekspert qeyd edib ki, Tokionun inkişaf etmiş sənaye bazasına və nəhəng plutoni ehtiyatlarına malik olması bu prosesi digər ölkələrlə müqayisədə qat-qat sürətləndirir. Onun sözlərinə görə, texniki və maddi baryerlər baxımından Yaponiya artıq "nüvə astanasındadır" və qısa müddətdə nüvə qurğusu istehsal etmək potensialına malikdir.
Day Huayçən əlavə edib ki, Yaponiya rəsmilərinin nüvə sahəsindəki səhv bəyanatları və hərəkətləri beynəlxalq birlikdə ciddi narahatlıq doğurmalıdır, çünki Tokio bu addımlarla "nüvə astanasını" keçməyə mane olan son siyasi-hüquqi baryeri aradan qaldırmağa çalışır.
Zeynəb Rzayeva
















