• Bakı 15° C

    1.83 m/s

"Zirə" "Səbail"ə penaltilər seriyasında qalib gəlib

    İDMAN

    27 Oktyabr 2026 | 20:52 | Müəllif: Əli Hüseynov

    "Zirə" "Səbail"ə penaltilər seriyasında qalib gəlib

    Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Zirə" "Səbail"ə qalib gəlib.

    Bakıvaxtı.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitib.

    Əlavə vaxtda da hərəyə 1 qol vuran tərəflər qalibi müəyyənləşdirə bilməyiblər - 2:2.

    Penaltilər seriyasında daha dəqiq oynayan "Zirə" (3:2) 1/8 finala adlamağı bacarıb.

    Xatırladaq ki, II təsnifat mərhələsinin bu gün keçirilən oyunlarında "Araz-Naxçıvan" "Şimal"ı 6:0, "Marafon" "Zaqatala"nı 1:0, "Sumqayıt" "Kür-Araz"ı 11:0, "Qəbələ" isə "Mingəçevir"i 3:0 hesabı ilə məğlub edib.

    Bu raunda oktyabrın 29-da yekun vurulacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR