• Bakı 14° C

    1.83 m/s

Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb

SİYASƏT

27 Oktyabr 2026 | 19:40 | Müəllif: Əli Hüseynov

Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen arasında ikitərəfli görüş olub.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına görə tacikistanlı həmkarına təşəkkür edən Adil Kərimli iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın ildən-ilə inkişaf etdiyini bildirib. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, beynəlxalq incəsənət layihələrində iştirakın əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyi vurğulanıb.

Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, "Bakı Prosesi"nin qlobal platforma kimi artan əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşübAdil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR