Bəsrə körfəzində qeydə alınan qeyri-adi hadisə sosial şəbəkələrdə maraq doğurub.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, balıqçının tutduğu iri balığın qarnından iPhone çıxardığı anlar videoya çəkilərək paylaşılıb.
Kadrlarda balığı kəsən şəxsin mədəsində mobil telefonla qarşılaşdığı görünür. Gözlənilməz mənzərə ilə üzləşən balıqçının təəccübü də görüntülərdə əks olunub.
Telefonun əvvəllər batmış gəmidən dənizə düşə və balıq tərəfindən udula biləcəyi ehtimal olunur. Lakin bu versiyanı təsdiqləyən hər hansı məlumat yoxdur.
Maraqlı video qısa müddətdə geniş auditoriyanın diqqətini çəksə də, hadisənin həqiqiliyi ilə bağlı suallar açıq qalır. Telefonun həqiqətən balığın mədəsindən çıxıb-çıxmadığı hələlik təsdiqlənməyib.
















